"İnter" Avropa Liqasında uğur qazanacaq"

"İnter" Avropa Liqasında uğur qazanacaq"
"Burada keçirdiyim dörd aydan razıyam. Şadam ki, şans qazandım və bir sıra oyunlarda fərqlənə bildim. Ümid edirəm ki, qarşıdakı Avropa Liqasında uğur qazana biləcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in futbolçusu Dieqo Madriqal deyib.
Kosta Rika mətbuatına danışan yarımmüdafiəçi ölkəmizə uyğunlaşma prosesi haqqında da danışıb: "Mənə uyğunlaşma üçün verilmiş vaxt artıq geridə qalıb. Məhz buna görə mən meydana az-az çıxırdım. Onlar əvvəlcə oyunçunun komandaya uyğunlaşmasına əmin olmalı idilər. Mən bura gələndə heyət yaxşı təşkil edilmişdi. Beləcə, mən sadəcə olaraq, meydanda oynamaq şansımı gözləyirdim".
Qeyd edək ki, "İnter"ə qışda transfer olunan Dieqo 6 oyunda 3 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər