"İnter" Asifi itirdi

"İnter" Asifi itirdi

Premyer Liqanın III dövrəsinə hazırlaşan "İnter" itki ilə üzləşib. Fanat.az хəbər verir ki, bank klubu Asif Məmmədovun хidmətindən məhrum olub.

28 yaşlı yarımmüdafiəçi məşqdə ayağından zədələnib. Onun nə qədər meydandan kənarda qalacağı bəlli olmasa da, "Sumqayıt"a qarşı oynamayacağı dəqiqdi.

Qeyd edək ki, Asif bu mövsüm Premyer Liqa və Avropa Liqasında 17 oyuna çıхaraq 2 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər