"İnter" aprelin 26-da çempion ola bilər

"İnter" aprelin 26-da çempion ola bilər
"İnter"in əvəzedici komandası XXXII turda çempionluğunu rəsmiləşdirə bilər. Fanat.az xəbər verir ki, bunun üçün bank klubunun qələbə qazanması yetərlidi.
Belə ki, "İnter" dünən XXXI tur çərçivəsində "Bakı"nı yenərək (2:1) xal hesabını 63-ə yüksəldib. "Bankirlər" hazırda 2-3-cü pillədə qərarlaşmış "Simurq"la "Qəbələ"ni 12 xal qabaqlayır. 
Bakı klubu növbəti turda evdə "Xəzər Lənkəran"ı yensə, rəqiblərinin xal itkisinə ehtiyac qalmayacaq. Hər 3 komanda qələbə qazanacağı halda, "İnter" rəqiblərini 12 xal qabaqlayacaq. Düzdü, son 4 turda "bankirlər" məğlub ola, "Simurq"la "Qəbələ" qələbə qazana bilər. Amma paytaxt klubu bu komandaları şəxsi oyunlarda üstələyir. 
"İnter" məğlubiyyət və heç-heçə sayəsində də çempion ola bilər. Bunun üçün "Simurq" və "Qəbələ"nin də "bankirlər"lə eyni nəticəyə imza atması vacibdi.
Qeyd edək ki, XXXII turun oyunları aprelin 26-da keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər