"İnter" Antalyanı qələbəsiz tərk edir

"İnter" Antalyanı qələbəsiz tərk edir
Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün son yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Zaur Svanadze yetirmələrini Qazaxıstan təmsilçisi ilə oyunda sınayıb.
Belə ki, "İnter"in rəqibi "Atırau" klubu olacaq. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və matç 0:0 hesabı ilə başa çatıb.
"Atırau" klubu 1980-ci ildə yaradılıb. 36 yaşlı klub tarixi ərzində ən böyük uğurunu 2009-cu ildə qazanıb. "İnter"in rəqibi həmin vaxt Qazaxıstan Kubokunun qalibi olub. "Atırau" son mövsümü 5-ci pillədə başa vurub.
Qeyd edək ki, "İnter" bundan əvvəl Antalyada keçirdiyi hər 3 oyunda məğlub olub. Almaniyanın "Verder" klubunun əsas və əvəzedici heyətinə 0:1 hesabı ilə yenilən "bankirlər" Slovakiyanın "Slovan" komandasına da uduzub - 0:2.
Antalya
Yoxlama oyunu
23 yanvar
İnter (Azərbaycan) - Atırau (Qazaxıstan) 0:0
İnter: Georgi Lomaya, Laşa Salukvadze, Zurab Xizanişvili, Denis Silva, Ruslan Əmircanov, İlkin Qırtımov, Nika Kvekveskiri, Elnur Abdullayev, Vüqar Nadirov, Nizami Hacıyev, Qara Qarayev.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər