"İnter" Antalyada "sülh"ə razılaşdı

"İnter" Antalyada "sülh"ə razılaşdı
Antalyada təlim-məşq toplanışında olan “İnter” bu gün ikinci yoxlama görüşünü keçirib. Fanat.Az xəbər verir ki, “bankirlər” Rumıniyanın “Botoşani” klubu ilə üz-üzə gəliblər.
 
Əsası 2001-ci ildə qoyulan “Botoşani”ni yerli məşqçi Leontin Qrozavu çalışdırır. Ötən mövsüm Rumıniya çempionatını 9-cu pillədə başa çatdıran “Botoşani” Liqa-1-in cari mövsümündə 21 turdan sonra 8-cidi.
 
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Təmsilçimizin heyətində Mirsahib Abbasov fərqlənib.
 
Qeyd edək ki, “İnter” Antalyada keçirdiyi ilk yoxlama görüşündə Qazaxıstanın “Ordabası” klubu ilə qolsuz heç-heçə etmişdi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər