"İnter" Türkiyədə hazırlıqlara başlayıb. Fanat.az xəbər verir ki, komanda dünən Antalyada ilk məşqinə çıxıb.
Türkiyə toplanışının birinci günü iki məşq prosesini əhatə edib. Futbolçular səhər baş tutan çalışmalara trenajor zalından başlayıblar. Daha sonra oyunçular meydana çıxıblar. Fiziki xarakterli məşq isinmə hərəkətlərindən, müxtəlif məsafələrə qaçışdan və digər fiziki hərəkətlərdən ibarət olub.
Axşam məşqindəsə futbolçular daha çox topla məşq ediblər, sonra ikitərəfli oyun keçiriblər. Bu gün komandanın iki məşqi baş tutacaq.
Fanat.az