Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün dördüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məqqçi Kaxaber Tsxadadze yetirmələrini Almaniya Regional Liqasın şimal-şərq zonasında çıxış edən "Karl Zeyts Jena" klubu ilə oyunda sınayıb. Matç "İnter"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Karl Zeyts Jena" klubu 1903-cü ildə yaradılıb. Şərqi Almaniyada 3 dəfə ölkə çempionu, 4 dəfə kubokun sahibi olan komanda Avropada yeganə uğurunu 1981-ci ildə Kuboklar Kubokunda qazanıb və 2-ci olub. "İnter"in rəqibinin Almaniyanın birləşməsindən sonrakı ən yaxşı uğuru II Bundesliqada çıxış etmək olub (2006-2008). Heyətində Serbiya və Nigeriyadan legionerlər olan komandaya Andreas Zimmermann başçılıq edir. "Karl Zeyts Jena" cari mövsün ilk yarısını Regional Liqanın turnir cədvəlinin 3-cü pilləsində başa vurub.
Qeyd edək ki, "İnter" bundan əvvəl Antalyada Hollandiyanın "Asten" klubunu udub (8:0), Almaniyanın "Holştayn" komandasına uduzub (0:3), Qazaxıstan "Aktobe"si ilə sülh bağlayıb (1:1).
Yoxlama oyunu
22 yanvar
İnter (Azərbaycan) - Karl Zeyts Jena (Almaniya) 2:0
Qollar: Baçana Tsxadadze, 7. Sezar Meza Kolli, 28.
Fanat.az