"İnter"in bu gün Antalyada yoxlama oyunu keçirəcəyi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, artıq "bankirlər"in rəqibi də müəyyənləşib.
Kaxaber Tsxadadze yetirmələrini Almaniya Regional Liqasının şimal-şərq zonasında çıxış edən "Karl Zeyts Jena" klubu ilə oyunda sınayacaq. Oyun əvvəlcədən elan edildiyi kimi Bakı vaxtı ilə saat 18.00-da yox, bir saat gec başlayacaq.
"Karl Zeyts Jena" klubu 1903-cü ildə yaradılıb. Şərqi Almaniyada 3 dəfə ölkə çempionu, 4 dəfə kubokun sahibi olan komanda Avropada yeganə uğurunu 1981-ci ildə Kuboklar Kubokunda qazanıb və 2-ci olub. "İnter"in rəqibinin Almaniyanın birləşməsindən sonrakı ən yaxşı uğuru II Bundesliqada çıxış etmək olub (2006-2008). Heyətində Serbiya və Nigeriyadan legionerlər olan komandaya Andreas Zimmermann başçılıq edir. "Karl Zeyts Jena" cari mövsün ilk yarısını Regional Liqanın turnir cədvəlinin 3-cü pilləsində başa vurub.
Fanat.az