"İnter" Albaniyadan "sülh"lə dönür

"İnter" Albaniyadan "sülh"lə dönür
Bu gün Azərbaycanın 3 klubu Avropa Liqasında mübarizəyə başlayıb. Fanat.az хəbər verir ki, "İnter" səfərdə meydana çıхıb.
Bakı klubu Albaniyada "Laçi"nin qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "İnter" 2014/15 mövsümündə Premyer Liqada ikinci pilləni tutaran Avropa Liqasına vəsiqə qazanıb. "Laçi" isə son mövsümü Albaniya Super Liqasının 5-ci pilləsində başa vurub. 
Albanlar bundan əvvəl 3 dəfə Avropa Liqasına qatılıb. 2010/11 və 2013/14 mövsümlərində I təsnifat mərhələsində uduzan komanda ötən mövsüm bir mərhələ keçib. "İnter" isə bundan əvvəl avrokuboklarda 24 oyun keçirib, 11 qələbə qazanıb, 6 heç-heçə edib və 7 dəfə uduzub (Top fərqi - 31:23).
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
2 iyul
Laçi (Albaniya) - İnter (Azərbaycan) 1:1
Qollar: Aqim Meto, 20 - Nika Kvekveskiri, 47.
Laçi: 31. Miroslav Vuyadinoviç, 3. Emilyano Çela, 5. Arjan Şeta, 7. Elton Doku, 8. Sequn Adeniyi, 10. Erjon Vuçay, 11. Taulant Sefqini, 14. Arqyend Mustafa, 18. Aqim Meto, 21. Olsi Teqya, 28. Emiliano Veliay (k).
Ehtiyat oyunçular: 1. Spetim Moçka, 4. Matey Baqariç, 6. Mikelanxo Bardi, 9. Aldo Mitra, 16. Edison Ndreka, 19. Valdan Nimani.
Baş məşqçi: Armando Kunqu.
İnter: Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Abbas Hüseynov, Nika Kvekveskiri, Mirsayib Abbasov, Mirhüseyn Seyidov, Fuad Bayramov, Rauf Əliyev, Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 2. Sertan Taşkın, 5. Denis Silva, 8. Nizami Hacıyev, 18. Mansur Nahavandi, 39. Elnur Süleymanov, 45. İlkin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Karlos Del Serro, Xuan Yuste, Abraham Alvares Santon, İnaki Visente Qarrido (İspaniya).
UEFA nümayəndəsi: Mixail Anaqnostou (Yunanıstan).
Hakim-inspekor: Uno Tutk (Estoniya).
Laçi. "Laçi" stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər