Topaz Premyer Liqasının I turu "İnter"in iki futbolçusu üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, Aleksandr Amisulaşvili və Məhəmməd Mirzabəyov paytaxt klubunda qol hesabını açıb.
Hesabı açan Amisulaşvili "İnter"in heyətində qol vuran 85-ci futbolçu olub. Mirzəbəyov isə bu siyahını 86-ya çatdırıb.
Qeyd edək ki, "İnter"in ən məhsuldar futbolçusu Baçana Tsxadadzedi. Gürcü forvard indiyədək 34 dəfə fərqlənib.
Fanat.az