"İnter": 8-ci medal, 3-cü "bürünc"

"İnter": 8-ci medal, 3-cü "bürünc"

Premyer Liqada bürünc medalların sahibləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Qəbələ"yə 3:4 hesabı ilə yenilən "İnter" mövsümü üçüncü pillədə başa vurub.

Bu Bakı klubunun tarixi ərzində Premyer Liqada qazandığı 3-cü "bürünc" olub. Komanda bundan əvvəl 2011/12 və 2012/13 mövsümlərində də eyni uğura imza atmışdı.

1997-ci ildə "Xəzər Universiteti" adı ilə yaradılan, 2004-cü ildə "İnter"ə çevrilən klub bütün uğurlarını yeni ad altında qazanıb. Bu "bürünc" "İnter"in tarixindəki 8-ci medal olub. Komanda 2 dəfə qızıl (2007/08, 2009/10), 3 dəfə gümüş (2008/09, 2013/14, 2014/15) medallara sahib çıxıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər