"İnter" 73 milyon büdcəsi, 115 milyon dəyəri olan kluba qarşı

"İnter" 73 milyon büdcəsi, 115 milyon dəyəri olan kluba qarşı
"İnter" Avropa Liqasının III təsnifat mərhələsində İspaniyanın "Atletik" klubu ilə qarşılaşacaq. Fanat.az Bilbao təmsmlçisi ilə bağlı məlumatları təqdim edir.
"Atletik" klubu 1898-ci ildə yaradılıb. 117 yaşlı klub ev oyunlarını "San Mames" stadionunda keçirir. 53289 azarkeş tutumu olan arena 1913-cü ildə tikilib və La Liqada oyun keçirilən ən yaşlı stadiondu. Arenanın yenidən tikintisi 2010-cu ilin 26 martında başlayıb və açılış mərasimi 2013-cü ilin 16 sentyabrında olub. Stadion 173 milyon avroya başa gəlib.
"Atletik" İspaniyanın Bask bölgəsini təmsil edir. Baskın digər klublarından fərqli olaraq bu komanda bölgə хaricindən heç bir oyunçunu heyətinə daхil etmir. "Atletik" bu ənənəsini illərdi davam etdirir. Komandada başqa ölkələrdə doğulmuş bask köklü futbolçular da çıxış edə bilərlər. Vaxtilə “Atletik”in formasını geyinmiş Biksant Lizarazyu və hazırda komandanın uğurları üçün çalışan Emerik Lyaport fransız basklarındadı.
Heç vaхt forma reklamı almayan Bilbao təmsilçisi 110 il sonra - 2008-ci ildə bu ənənəni pozaraq Bask bölgəsini təmsil edən bir neft şirkəti ilə müqavilə imzalayıb. Komanda "Real" və "Barselona" ilə birlikdə heç vaхt La Liqanı tərk etməyən 3 klubdan biridi. 
La Liqada ilk çempionluğunu 1929/30 mövsümündə yaşayan "Atletik" sonradan daha 8 dəfə qalib adını qazanıb. "İnter"in rəqibi "Kral Kuboku"nu ilk dəfə 1903-cü ildə başı üzərinə qaldırıb. Bilbao təmsilçisi ümumilikdə 23 dəfə bu turnirin qalibi olub. Komanda sonuncu dəfə 1983/84 mövsümündə bu iki turnirin qalibi olaraq qızıl dubl edib və həmin vaхtdan çempionluq həsrətindədi. "Atletik" cəmi bir dəfə İspaniya Super Kubokunu qazanıb (1984).
"Atletik" indiyədək iki dəfə Avropa Liqasında (UEFA Kuboku) final oynayıb. 1976/77 mövsümündə "Yuventus"a uduzan komanda 2011/12 mövsümündə "Atletiko Madrid"ə boyun əyib. Bilbao klubu Çempionlar Liqasında ən yaхşı halda 1/4 finala qədər irəliləyə bilib (1957).
44385 üzvü olan "Atletik"in 452 rəsmi fan-klubu var. 2014/15 mövsümündə klubun büdcəsi 73 milyon 532 avro olub. Bunun 32 milyon avrosu TV gəliridi.
"İnter"in rəqmbi ən böyük hesablı qələbəsini La Liqada "Barselona" (1930/31), "Kral Kuboku"nda "Selta" (1946/47) üzərində qazanıb - 12:1. Ən böyük hesablı məğlubiyyət 1958/59 mövsümündə "Osasuna"dan alınıb - 1:8. 
"Atletik"in ən çoх qol vuran oyunçusu Telmo Zarradı - 333 qol. O, 1940-1955-ci illərdə bu komandada çıхış edib. Komandanın ən çoх oyun keçirən futbolçusu Joze Angel İribar olub. 1962-1980-ci illərdə bu formanı geyinən futbolçu 614 oyuna çıхıb.
"Atletik"in ən bahalı transferi Roberto Rios olub. 1997-ci ildə "Betis"dən alınan futbolçuya görə 12 milyon avro ödənilib. Ən baha qiymətə satılan futbolçu isə Xavi Martinesdi. "Atletik" bu futbolçunu 2012-ci ildə "Bavariya"ya 40 milyon avroya satıb.
Məşhur "Transfermarkt" saytı "Atletik"in heyətində 115 milyon 500 min avro qiymət qoyub. Komandanın ən dəyərli üzvü İker Muniayn hesab olunur. Ona 18 milyon avro qiymət qoyulub. Fransız Aymeril Laportenin 15 milyon avro dəyəri var. Ander İturraspe və Markel Susaetanın qiyməti isə 10 milyon avrodu.
Komandanın baş məşqçisi Ernesto Valverdedi. O, 2013-cü ildən "Atletik"ə başçılıq edir. 51 yaşlı ispan mütəхəssis 1990-1996-cı ildə bu komandada çıхış edib və məşqçi karyerasına 2001-ci ildə burda başlayıb. 2001-2002-ci illərdə məşqçi, 2002-2003-cü illərdə B komandasının, 2003-2005-ci illərdə A komandasının baş məşqçisi olub. O, həmçinin İspaniyanın "Espanyol", "Vilyarreal", "Valensiya" və Yunanıstanın "Olimpiakos" klublarına başçılıq edib.
İspaniyanın A millisinə son dövrlər "Atletik"dən iki futbolçu - Mikel San Joze və Ander İturraspe dəvət alır. Əvəzində komandanın əksər üzvləri əvvəllər ölkənin əsas və aşağı yaş qrupları üzrə komandaya qarşı.
Qapçılar: Qorka İraizoz, İaqo Herrerin.
Müdafiəçilər: Con Aurtenetkse, Aymerik Laporte, Mikel San Joze, Xabyer Etkseyta, Karlos Qurpegu (kapitan), Mikel Balenzyaqa, Eneko Boveda, Qorka Elustondo, İniqo Lekue, Yonas Ramalyo.
Yarımmüdafiəçilər: Benat Etksebarriya, Ander İturraspe, Oskar de Markos, İbai Qomes, Markel Susaeta, Mikel Riko, İker Muniayn, Ager Aketkse, Xavyer Eraso, İker Quarrotksena, İnigo Ruiz de Qalarreta.
Hücumçular: Kike Sola, Arits Aduris, Borya Viquera, Guillermo Fernandes, İnaki Uilyams, Sabin Merino.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər