"İnter" 6 yeni futbolçu sifariş etdi

"İnter" 6 yeni futbolçu sifariş etdi
"İnter" Avropa Liqasının II təsnifat mərhələsi üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Fanat.az хəbər verir ki, Bakı klubu 26 futbolçu sirafiş edib.
 
"İnter" 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi və 7 hücumçunun adını siyahıya salıb. "Bankirlər" komandanı tərk edən Dieqo Madriqal və Sezar Meza Kollinin, həmçinin zədəli Slavko Georgievskinin adını siyahıdan çıхarıb.
 
Əvəzində "İnter" 6 yeni transferini - Novruz Məmmədov, İlkin Qırtımov, Elnur Abdullayev, Stepan Polyak, Tural Qürbətov və Dieqo Martinsi sifariş edib.
 
Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov.
Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 5. Denis Silva, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 21. Novruz Məmmədov, 22. İlkin Qırtımov.
Yarımmüdafiəçilər: 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 13. Mirsahib Abbasov, 18. Mansur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 39. Elnur Süleymanov, 10. Elnur Abdullayev.
Hücumçular: 11. Rauf Əliyev, 20. Yuri Fomenko, 45. İlkin Sadıqov, 99. Bilal Qəmbərov, 15. Stepan Polyak, 17. Tural Qürbətov, 23. Dieqo Martins.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər