"İnter" 6 qolla qazandı

"İnter" 6 qolla qazandı
"İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Fanat.az xəbər verir ki, bank klubu bu gün toplanış çərçivəsində dörüncü yoxlama görüşünü keçirib. 
"Şəfa" stadionunda baş tutan oyunda "İnter" MOİK-lə üz-üzə gəlib və 6:1 hesablı qələbə qazanıb. "Bankirlər"in heyətində Amil Atakişiyev 3, Bilal Qənbərov 2, Fərhad Budaqov isə 1 qol vurub.
 
Qeyd edək ki, "İnter" son oyununu yanvarın 24-də "Şuşa"ya qarşı keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər