Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “İnter” bu gün üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze bu dəfə yetirmələrini Qazaxıstan klubu ilə oyunda sınayıb.
"İnter"in rəqibi "Aktobe" olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 41-ci dəqiqədə Aleksandr İaşvili açıb. Matçın sonlarına yaxın isə Qazaxıstan təmsilçisi bərabərliyi təmin edib.
Qeyd edək ki, "İnter" bundan əvvəl Antalyada iki oyun keçirib. Hollandiyanın "NWC Astern" klubunu 8:0 hesabı ilə darmadağın edən "bankirlər" Almaniya təmsilçisi "Holşteyn"a uduzmuşdu - 0:3.
Yoxlama oyunu
18 yanvar
İnter (Azərbaycan) - Aktobe (Qazaxıstan) 1:1
Qol: Aleksandr İaşvili, 41.
İnter: Georgi Lomaya, Arif Daşdəmirov, Laşa Sulukvadze, Brüs Abdulaye, İvan Benites, Ruslan Əmircanov, Abdulla Abatsiyev, Derlis Meza Kolli, Aleksandr İaşvili, Seza Meza Kolli, Baçana Tsxadadze.
Fanat.az