"İnter" 2 əskiklə hazırlaşdı

"İnter" 2 əskiklə hazırlaşdı
"İnter" məşqlərini bərpa edib. Fanat.az xəbər verir ki, Gürcüstan toplanışından sonra ikigünlük istirahatə buraxılan komanda dünəndən bir araya gəlib.
Bu gün də "İnter" səhər məşqinə çıxıb. Məşqə isinmə hərəkətlərilə başlayan futbolçular prosesi toplu çalışmalarla davam etdirib. Milli komandaya dəvət almış Səlahət Ağayev və Abdulla Abatsıyev istisna olmaqla komandanın üzvləri məşqə qatılıb.
Qeyd edək ki, "İnter" oktyabrın 18-də "Simurq"la qarşılaşacaq. Oyun saat 18.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər