Milan “İnter”i “Monako”nun yarımmüdafiəçisi Kilian Mbappeni rənglərinə bağlamaq istəyir. Fanat.Az “Tuttosport”a istinadən xəbər verir ki, “neradzurra” 18 yaşlı fransıza görə knyazlıq klubuna 70 milyon avro verməyə razıdı.
“İnter” rəhbərliyi Mbappenin forvard Mauro İkardiylə uğurlu tandem təşkil edəcəyini düşünür. Tərəflər arasında danışıqlar davam etdirilir.
Qeyd edək ki, milanlıların gözaltısı bu həftə Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə Dortmund “Borussiya”sına 2 top vurub (3:2).
O, bu mövsüm çıxdığı 34 görüşdə 21 dəfə rəqib qapıçıları məyus edib və 11 məhsuldar ötürməylə yadda qalıb. Eləcə də Fransa yığmasında 2 oyun keçirməyə imkan tapıb.
Fanat.Az