"İnter”in futbolçularını aparan mikroavtobus Siyəzəndə yandı

"İnter”in futbolçularını aparan mikroavtobus Siyəzəndə yandı

Bakı-Quba yolunda avtomobil yanıb. Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

“İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.

 

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər