"İnanıram ki, Bakıda mərhələ adlayacağıq" - "Viktoriya"nın baş məşqçisi

"İnanıram ki, Bakıda mərhələ adlayacağıq" - "Viktoriya"nın baş məşqçisi
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Viktoriya" - "Qarabağ" matçı qolsuz başa çatıb - 0:0. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra Çexiya təmsilçisinin baş məşqçisi Roman Pivarnik oyunu şərh edib.
"Qarşılaşma bizim üstünlüyümüz şəraitində keçdi. Demək olar ki, bütün statistikalar bizim xeyrimizədi. "Qarabağ"ın yalnız bir neçə epizodu oldu. Qələbə qazanmaq üçün şanslarımız olsa da, bunlardan istifadə edə bilmədik. "Qarabağ" cərimə meydançasının ətrafında olan bütün boşluqları doldurmuşdu. Qırmızı vərəqə epizoduna gəlincə, Yan Baranekın oyundan qovulmasına təəssüflənirəm. Təlim-məşq toplanışından sonra ilk rəsmi matça çıxdıq. Hesabı öz xeyrimizə dəyişmək üçün riskə getdim. Ancaq alınmadı. İnanıram ki, Bakıda keçirilən cavabn oyunda lazım olan nəticəni qazanıb, mərhələ adlayacağıq" deyə, Pivarnik bildirib.
Qeyd edək ki, komandaların cavab oyunu avqustun 2-də baş tutacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər