"Hollandiya çempionu olan futbolçu “Qəbələ”yə niyə getdi?"

"Hollandiya çempionu olan futbolçu “Qəbələ”yə niyə getdi?"
"Yuri Syomin Kiyevdən gedərkən, bir çox xeyirxahlar deyirdilər ki, onun futbolu köhnəlib. Syomin nə etdi? "Qəbələ"yə getdi, klubu ölkə çempionatında üçüncü etdi və kubokun finalına çıxardı. Yəni, klub indi avrokubok iştirakçısıdı". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin meneceri Dmitri Selyuk deyib.
O, Lorenzo Ebesilionun transferindən danışıb: "Mən ora üç futbolçu göndərmişəm. Onlardan biri Lorenzo Ebesiliodu. Soruşmaq olar: “Xeyir ola, “Ayaks”la Hollandiya çempionu, Çempionlar Liqasının iştirakçısı birdən-birə “Qəbələ”yə getdi?” Məhz ona görə ki, orada Yuri Syomin var idi".
Selyuk Ebesilionun "Mordoviya"ya mümkün keçidi haqda suala Selyuk belə cavab verib: “Düşünürəm ki, bəli. Yeri gəlmişkən, demək istəyirdim ki, mənim futbolçumun Rusiya klubu ilə istənilən müqaviləsində, təbii ki, ən cavanlardan başqa, onun əməkhaqqından Çulpan Xamatovanın “Həyat bəxş et” fonduna hər ay min dollar keçiriləcəyi haqda yazılacaq. Əgər Ebesilo “Mordoviya” ilə müqavilə bağlasa, onunla da belə olacaq. Ola bilər ki, kimsə məni dəstəkləsin. Mən hesab edirəm ki, insanlara xeyir vermək lazımdı. Futbolçular kifayət qədər əməkhaqqı və əlavələr qazanırlar".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər