"Çelsi"nin baş məşqçisi Liam Rosenyor qeyri-sabit çıxışla diqqət çəkən "zadəganlar" üçün cari mövsümün sonunda hansı nəticənin uğur sayılacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Komanda Çempionlar Liqasına vəsiqə qazansa, bu bizim üçün uğur sayılacaq. İşin öhdəsindən gəlmək lazımdır. Mövcud vəziyyəti nəzərə alsaq, hədəfimizə çatmaq üçün çox yaxşı şansımız var.
Mükafat qazanmaq da əla olar. Məncə, mümkün missiyadır. Bu həftə ağ toplarla məşq etmişik. Ağ toplar peyda olurlarsa, deməli, mövsümün geridə qalan bölümündə etdiyimiz səhvləri təkrarlaya bilmərik. Vaxtımız qurtarır. Məşqçilər korpusu olaraq bunu futbolçulara çatdırmışıq".
Qeyd edək ki, 28 oyuna 45 xal toplayan "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 45 xalla 6-cı pillədə qərarlaşıb.
Toğrul