"Göyəzən" meydanı tərk etdi, AFFA 1000 manat istədi

"Göyəzən" meydanı tərk etdi, AFFA 1000 manat istədi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I diviziounu VII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib: 
“Mil-Muğan” - “Turan Tovuz” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Elxan Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Göyəzən” - “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 78-ci dəqiqəsində “Göyəzən” klubu meydançanı özbaşına tərk etmiş 2 dəqiqə sonra geri qayıtmışdır. Oyunun yenidən bərpa olunmasına baxmayaraq klub 1000 manat cərimə olunur (maddə 53.2). Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaqdır.
“Bakı” - “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
“Energetik” - “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
“Bakılı” - “Zaqatala” matçının 89-cu dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Eşqin Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər