"...gərək Azərbaycan çempionatını dayandıraq" - Prosineçki

"...gərək Azərbaycan çempionatını dayandıraq" - Prosineçki
Millimizin baş məşqçisi Robert Prosineçki Almaniyanın "Germania Halberştadt" klubunda çıxış edən Rüfət Dadaşova dəvət göndərməməsinin səbəbi barədə açıqlama verib. Fanat.az xəbər verir ki, xorvat mütəxəssis bununla bağlı suala sərt cavab verib.
"Neftçi" - "Zirə" oyunundan sonra jurnalistlərin suallarını cavablandıran Prosineçki "Rüfət Dadaşovu niyə dəvət etmirsiniz" sualını belə cavablandırıb: "O, Almaniyanın beşinci liqasında oynayır. Onu dəvət etsək, gərək Azərbaycan çempionatını dayandıraq".
Qeyd edək ki, Rüfət cari mövsümdə 7 qol vurub. Qollardan 6-sü son 8 oyunda qeydə alınıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər