“Simurq”la “İnter” arasında keçirilən qarşılaşmalar həmişə söz-söhbətə səbəb olur. Eyni mənbədən maliyyələşən, “qardaşlar”ın oyunlarının danışılmış olduğu iddia edilir.
Təsadüfi deyil ki, bukmeker kontorları adətən bu komandaların qarşılaşmalarına pul qoyuluşu qəbul etmir. Fanat.az xəbər verir ki, aprelin 6-da keçiriləcək qarşılaşma da istisna deyil.
Belə ki, Azərbaycan çempionatının oyunlarına əmsalları açıqlayan məşhur “gamebookers” kontoru “Simurq” - “İner” qarşılaşmasını siyahıdan çıxardıb. Bu da onu deməyə əsas verir ki, kontorlar bu komandaların oyununun yenə də əvvəlcədən razılaşdırıldığından şübhələnib.
Fanat.az