Avropa Liqasının II təsnifat mərhələsinin "Fola" (Lüksemburq) - "İnter" (Azərbaycan) matçının hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı litvalı hakimlərə tapşırıb.
Matçı Donatas Rumsas idarə edəcək. Ona Aleksandr Radius və Vladimir Gerasimov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Robertas Smitas yerinə yetirəcək.
UEFA nümayəndəsi portuqaliyalı Alvaro Albino, hakim-inspektor ukraynalı Vasili Melniçuk olacaq.
Fanat.Az