"Fənərbaxça" Azərbaycan çempionunu darmadağın etdi

"Fənərbaxça" Azərbaycan çempionunu darmadağın etdi

Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün növbəti oyununu keçirib. C  qrupunun II tur qarşılaşmasında rəqib Türkiyənin "Fənərbaxça" klubu olub.

İstanbuldakı Burhan Felek Voleybol Salonunda keçirilmiş görüş meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb - 3:0. "Azərreyl" yalnız ikinci setdə rəqibinə ciddi müqavimət göstərə bilib. Qalan setlər isə "Fənər"in aşkar üstünlüyü şəraitində keçib.

Bu nəticədən sonra Azərbaycan çempionu Türkiyə təmsilçisi ilə şərikli liderliyini əldən verib. "Fənər" isə xallarını 6-ya çatdıraraq, birinci pillədə möhkəmlənib.

"Azərreyl" növbəti oyununu fevralın 9-da keçirəcək. Bakıda baş tutacaq görüşdə rəqib Fransanın "Sent-Rafael" klubu olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

C qrupu, II tur

Fənərbaxça (Türkiyə) - Azərreyl (Azərbaycan) 3:0 (25:12, 25:19, 25:9)

Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simyon Santi (İtaliya).

İstanbul. Burhan Felek Voleybol Salonu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər