"Əsgər" hakimi söydü, AFFA şərt qoydu

"Əsgər" hakimi söydü, AFFA şərt qoydu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XIX turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verib:
“Turan Tovuz” - “Mil-Muğan” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 76-cı dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Natiq Səhrətov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Şahdağ” - “Bakı” matçının 86-cı dəqiqəsində “Bakı” klubunun futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Şəmkir” - “Göyəzən” matçının 86-cı dəqiqəsində “Göyəzən” klubunun futbolçusu Orxan Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
MOİK - “Neftçala” matçının 82-ci dəqiqəsində MOİK klubunun futbolçusu Royal Nəcəfov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
- Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Qeyd edək ki, MOİK - "Neftçala" oyununu Rəvan Həmzəzadə idarə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər