Bu gün AFFA-nın Hesabat-Seçki konfransı keçirilir. Fanat.az xəbər verir ki, konfransa Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov da qatılıb. Rəhimov konfransda bunları deyib:
"Ən sevilən idman növlərindən biri də futboldu. Müstəqllik dövründə digər idman növlərinə olan kimi futbola da geniş qayğı göstərilib. 2005-ci ildə qəbul edilmiş dövlət proqramıyla futbol daha da inkişaf etdirilib. "Neftçi", "Qarabağ", "Qəbələ" kimi klublar Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu dövrdə ölkəmizdə idman infransturkturu geniş inkişaf etdirilib, Bakıda yeni stadionlar tikilib. Regionlarda olan stadionlar isə təmir edilib. Ölkəmizdə qızlar arasında dünya çempionatı keçirilmiş, gələn illərdə də bu cür yarışlar təşkil ediləcəkdir. Şübhəsiz ki, bu işlərdə ən böyük yük AFFA-nın üzərinə düşür. Bu işlərdə Azərbaycan Gənclər və İdman Nazirliyi də AFFA-ya hər cür köməyini əsirgəməyib və bundan sonra da əsirgəməyəcək".
Fanat.az