"Çelsi"nin sabiq ulduzu karyerasını bərpa etdi

"Çelsi"nin sabiq ulduzu karyerasını bərpa etdi

"Çelsi"nin Fil Dişi Sahilindən olan keçmiş hücumçusu Salomon Kalou butslarının tozunu təmizləyib.

Fanat.Az "Football24"-ə istinadən xəbər verir ki, o, 39 yaşında karyerasını bərpa edib.  

Məşhur forvard Afrikada - Cibutinin çempionatının "Arta Solar" klubunda çıxış edəcək. O, həmçinin klubda idman direktoru postunu tutacaq.

Kalu 6 il "Stemford Bric"də oynayıb. Futbolçu London klubunun heyətində 254 matça çıxaraq 60 qol vurub. O, "Çelsi" ilə Çempionlar Liqası, Premyer Liqa və Liqa Kubokunu qazandı. Veteran həmçinin "Feyenoord", "Lill", "Herta" və "Botafoqo"da da çıxış edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər