"Çelsi"nin sabiq futbolçusu 45 yaşında vəfat etdi

"Çelsi"nin sabiq futbolçusu 45 yaşında vəfat etdi

"Çelsi"nin sabiq futbolçusu Toni Bedo 45 yaşında həyatla vidalaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə onun keçmiş klubu "Torki Yunayted"in mətbuat xidməti məlumat yayıb.

Onun səhhətində yaranan problemlər üzündən Londondakı evində vəfat etdiyi bildirilsə də, ölümünün dəqiq səbəbi açıqlanmayıb.

Qeyd edək ki, "Çelsi"nin aşağı yaş qrupları üzrə komandalarında top qovan əsas komandanın uğurları üçün çalışmayıb. Mərhum veteran 1995-ci ildə "Torki Yunayted"ə keçib və fasilələrlə 11 il (374 oyuna 65 qol) bu klubun formasını geyinib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər