"Çelsi"nin hücumçusu qərarını verdi

"Çelsi"nin hücumçusu qərarını verdi

"Çelsi"nin mərkəz hücumçusu Nikolas Cekson klubundan aldığı yeni müqavilə təklifi ilə bağlı qərarı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder David Ornşteyn yayıb.

Mənbə "zadəganlar"ın 23 yaşlı forvardının müddəti 2033-cü ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkəcəyini bildirib. Xəbərə görə, London klubunun idarəçiləri Ceksonun gələcəkdə komandaya böyük fayda verəcəyinə əmindirlər və onu hücum xəttinin lideri sayırlar.

Qeyd edək ki, 2023-cü ilin yayında "Vilyarreal"dan alınan seneqallı futbolçunun "Çelsi" ilə indiki sözləşməsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. İndiyədək İngiltərə nəhənginin forması ilə 47 matça çıxan Nikolas 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər