Entso Mareska ilə əməkdaşlığa son qoyan "Çelsi"nin baş məşqçi postuna əsas namizədin adı açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, bu, "Strasbur"un baş məşqçisi Liam Rosenyordur. Mənbə London klubunun rəhbərliyinin 41 yaşlı çalışdırıcının işini yüksək qiymətləndirdiyini vurğulayıb.
"Çelsi" Mareska ilə yollarını yanvarın 1-də ayırıb.
"Strasbur" Rosenyorun rəhbərliyi altında Fransa çempionatında 16 tura 23 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.
Nihat