"Çelsi"dən ilin baş məşqçi həmləsi: Xabi Alonso ilə birbaşa danışıqlar başladı

"Çelsi"dən ilin baş məşqçi həmləsi: Xabi Alonso ilə birbaşa danışıqlar başladı

"Çelsi" klubunun rəhbərliyi boş qalan baş məşqçi postu üçün ispaniyalı mütəxəssis Xabi Alonso ilə rəsmi danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, tərəflər arasında artıq ilk birbaşa təmaslar baş tutub.

"Zadəganlar"ın bosslarının yeni baş məşqçi ilə bağlı yekun qərarı yaxın günlərdə verəcəyi gözlənilir.

Londonlular qarşıdan gələn yay transfer pəncərəsi ərəfəsində axtarışları sürətləndirib. İngiltərə nəhənginin idarəçiləri yeni mövsümə daha yaxşı hazırlaşmaq üçün təyinatı mümkün qədər tez reallaşdırmağa kökləniblər.

Kamil

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər