“Çelsi” “Liverpul”un yarımmüdafiəçisi Florian Virtsi transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, məlumatı "Football Transfers" yayıb. Bildirilir ki, London klubu almaniyalı futbolçunun “Liverpul”dakı vəziyyətini yaxından izləyir. Virts yay transfer pəncərəsində “Bayer Leverkuzen”dən Mersisayd təmsilçisinə keçsə də, Premyer Liqadakı ilk aylarında gözləntiləri tam doğrulda bilməyib. “Çelsi”nin futbolçunun vəziyyətindən yararlanaraq gələcəkdə transfer üçün hərəkətə keçə biləcəyi bildirilir. London təmsilçisi Virtsi hücumameyilli yarımmüdafiə xəttini gücləndirmək üçün uyğun namizəd hesab edir. Bununla belə, “Liverpul”un futbolçunu qısa müddətdə satmaq niyyətində olmadığı qeyd olunur. Mersisayd klubu Virtsə böyük məbləğ ödəyərək heyətinə qatıb və onun komandada əsas fiqurlardan birinə çevriləcəyinə inanır. Əlisahib İbrahimli
"Çelsi" Virtsi istəyir
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
10:12
26.11.2026
"Çox istəyirik ki, "Karvan"a qalib gələk" - Samir Məmmədov
Tv Afişa
10:09
26.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:48
26.11.2026
1-ci Liqa: Dövrənin son turuna liderlər start verir
Azərbaycan futbolu
09:00
26.11.2026
Kapitan "Mingəçevir"i yenəcəklərinə inanır