"Çelsi" tarixinin ən bahalı futbolçusu İspaniya yolunda

"Çelsi" tarixinin ən bahalı futbolçusu İspaniya yolunda

"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "TBR Football" yayıb.

Xəbərə görə, 24 yaşlı oyunçunun xidmətində iki Madrid nəhəngi - "Real" və "Atletiko" maraqlıdır. Mənbə Fernandesin La Liqada oynamaq variantına isti yanaşdığını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 35 matça çıxan argentinalı 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Entsonun transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir. Argentina millisinin üzvü "Çelsi" tarixinin ən yüksək məbləğə transfer edilmiş futbolçusudur - 121 milyon avro.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər