"Çelsi" Osimheni transfer etmək fikrindən vaz keçdi - SƏBƏB

"Çelsi" Osimheni transfer etmək fikrindən vaz keçdi - SƏBƏB

"Çelsi" "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etmək niyyətindən əl çəkib.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, "zadəganlar" həm "Napoli"nin tələb etdiyi məbləğin, həm də yeni iş yerində illik 11-12 milyon avro maaş almaq istəyən nigeriyalı futbolçunun istədiyi əməkhaqqının reallıqla uzlaşmadığını düşünürlər.

Daha öncə Neapol klubunun Osimheni 130 milyon avroya satmağı hədəflədiyi barədə informasiyalar dərc edilmişdi.

Qeyd edək ki, sözügedən futbolçunun "Napoli" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm İtaliya təmsilçisinin forması ilə 32 matça çıxan 25 yaşlı Viktor 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Osimhenin transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir.

Nihat

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər