"Çelsi" Mudriklə bağlı qərarını verdi

"Çelsi" Mudriklə bağlı qərarını verdi

İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçisi Mixail Mudrik ilə yollarını ayırmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.

Mənbənin məlumatına görə, o, özünü baş məşqçi Entso Mareskaya bəyəndirə bilmədiyi üçün London klubu qış transfer pəncərəsində ukraynalını satmağa hazırlaşır. Lakin futbolçunun özü hələlik "Çelsi"dən ayrılmaq istəmir. Buna görə də klub rəhbərliyi onu getməyə razı salmağa çalışır.

Qeyd edək ki, cari mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 15 matça çıxan Mudrik 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər