"Çelsi" Mareskanın rəhbərliyi altında çıxdığı ilk matçda qələbə qazana bilmədi

"Çelsi" Mareskanın rəhbərliyi altında çıxdığı ilk matçda qələbə qazana bilmədi

Bu gün "Çelsi" Santa-Klarada (ABŞ) yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, yeni baş məşqçi Entso Mareskanın rəhbərliyi altında ilk matçını keçirən "zadəganlar" Uelsin "Reksem" komandası ilə üz-üzə gəliblər.

"Livays Stedium"da baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Hesabı 35-ci dəqiqədə "göylər"in yarımmüdafiəçisi Kristofer Nkunku açıb. 58-ci dəqiqədə Uels təmsilçisinin müdafiəçisi Lyuk Bolton tarazlığı bərpa edib. Bundan 13 dəqiqə sonra isə Cek Mariott "Reksem"in ikinci qoluna imza atıb. Lakin İngiltərə nəhəngi Çimuanya Uqoçukvunun 82-ci dəqiqədə vurduğu qol sayəsində yenilgidən qurtulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər