"Çelsi" Koul Palmerin satışından rekord gəlir əldə edə bilər

"Çelsi" Koul Palmerin satışından rekord gəlir əldə edə bilər

Londonun "Çelsi" klubu komandanın əsas siması olan Koul Palmer üçün gələcək təklifləri dəyərləndirməyə açıqdır.

Fanat.Az xəbər verir ki, "zadəganlar" 130 milyon funt-sterlinqlik bir təklif gələcəyi təqdirdə gənc ulduzu satmağı düşünürlər.

Hazırda belə bir transfer məbləğini ödəməyə qadir olan klublar arasında "Real" Madrid və "Pari Sen-Jermen"in adları çəkilir.

"Çelsi"nin Çempionlar Liqasından kənarda qalması klubun maliyyə balansını qorumaq üçün belə çətin qərarlar verməsinə səbəb ola bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər