"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

Londonun "Çelsi" klubu komandanın hücum xəttində nümayiş etdirdiyi yüksək performansla seçilən Joau Pedronu mükafatlandırmaq qərarına gəlib.

Fanat.Az insayder Simon Consona istinadən xəbər verir ki, "zədəganlar" braziliyalı hücumçuya komandadakı vacib rolunu və səviyyəsini əks etdirən daha sərfəli yeni müqavilə təklif etməyə hazırlaşır.

Rəhbərlik oyunçunun nümayiş etdirdiyi performansdan tam razıdır və onu uzun müddət heyətdə saxlamaq niyyətindədir.

Yaxın vaxtlarda tərəflər arasında yeni şərtlərlə rəsmi imza mərasiminin keçiriləcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər