"Çelsi" getmək istəyən hücumçusuna elə qiymət qoydu ki...

"Çelsi" getmək istəyən hücumçusuna elə qiymət qoydu ki...

"Çelsi" gənc hücumçusu Karni Çukvuemekaya qiymət qoyub.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, "zadəganlar" 21 yaşlı futbolçunun sərbəstqalma məbləğini 40 milyon funt-sterlinq olaraq müəyyənləşdirib.

İngiltərənin U-21 millisinin üzvü "Çelsi"də yetərincə şans qazanmadığı üçün iş yerini dəyişmək niyyətindədir. Futbolçuya İtaliyanın "Milan", İngiltərənin "Everton" və "Vest Hem" klubları maraq göstərir. Lakin bu komandalar "Çelsi" rəhbərliyinin təyin etdiyi məbləği ödəmək fikrində deyillər.

Qeyd edək ki, Çukvuemeka bu mövsüm UEFA Konfrans Liqasında bir oyuna start heyətində başlayıb. Lakin o, İngiltərə Premyer Liqasında meydana çıxmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər