"Çelsi" forvardını Türkiyə klubuna icarəyə verdi - RƏSMİ

"Çelsi" forvardını Türkiyə klubuna icarəyə verdi - RƏSMİ

"Çelsi" klubu hücumçusu David Datro Fofananı icarəyə verib.

Fanat.Az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü "Göztəpə"də çıxış edəcək. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı forvard bu mövsümü İzmir təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Çelsi" David Datro Fofananı 2023-cü ilin yanvar ayında Norveçin "Mölde" klubundan transfer edib. Gənc hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Börnli"də keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər