Londonun “Çelsi” klubu Almaniya Bundesliqasında çıxış edən mərkəz müdafiəçisi ilə ciddi maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı "Team Talk" yayıb.
Mənbənin məlumatına görə, söhbət "Leyptsiq"in oyunçusu Kostello Lukebadan gedir. "Zadəganlar" istedadlı gənci qışda sıralarına cəlb etmək üçün indidən "qollarını çırmayıblar". Fransız müdafiəçi Lukeba "Çelsi"də gedişi gözlənilən Axel Disası əvəz etməlidir.
Kostello "Leyptsiq"dən əvvəl Fransada "Olimpik Lion"da çıxış edib.
Mirağa