"Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır

"Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır

İngiltərənin "Çelsi" klubu "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastonini transfer etmək üçün böyük gedişat edir.

Fanat.Az xəbər verir ki, London təmsilçisi İtaliya millisinin üzvü üçün 68.6 milyon funt-sterlinqə qədər təklif irəli sürməyə hazırdır.

Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

İtalyan müdafiəçi ilə "Barselona" da yaxından maraqlansa da, "Çelsi"nin maliyyə üstünlüyü onları bu transfer yarışında bir addım öne çıxarır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər