"Çelsi" Aleks Skot transferində israrlıdır

"Çelsi" Aleks Skot transferində israrlıdır

İngiltərənin "Çelsi" klubu "Bornmut"un yarımmüdafiəçisi Aleks Skotu heyətinə qatmaq üçün mübarizəni davam etdirir.

Fanat.Az xəbər verir ki, "Bornmut"un London klubunun 64 milyon funt-sterlinqlik ilk təklifini rədd etməsindən sonra "zadəganlar" daha yaxşı bir təklif hazırlamağı planlaşdırır.

22 yaşlı futbolçunun transferi London təmsilçisi üçün prioritet hədəf hesab olunsa da, qarşı tərəf danışıqlarda çətinlik yaradır.

"Çelsi" rəhbərliyinin gənc ulduz üçün hansı məbləğə qədər qalxacağı futbol ictimaiyyətinin diqqət mərkəzindədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər