"Biz pis oynadıq. Müdafiədə kobud səhvlər buraxdıq. Halbuki, ikinci hissədə bir qədər artırmışdıq". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan sonra "Elfsborq"un məşqçisi Yan Mian deyib.
"Elfsborq"u "İnter"lə oyuna çıxaran məşqçi cavab oyununun tam fərqli olacağını bildirib: "Bakıda tam fərqli oynayacağıq. Bizim hələ şansımız qalır və bundan yararlanmağa çalışacağıq. "İnter" yaxşı komandadı. Amma bu gün həm də bizim günümüz deyildi. Rəqib hətta 3 və ya 4 cavabsız qolla qalib gələ bilərdi. Bir sözlə hər şeyə ilk oyunda aydınlıq gəlməsi mümkün idi".
Fanat.az