İsveç çempionatında XV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "İnter"in Avropa Liqasındakı rəqibi "Elfsborq" səfərdə meydana çıxıb.
3 gün sonra paytaxtımızın qonağı olacaq komanda "Norrkopinç"in qonağı olub. Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Elfsborq"un qollarına Mikkel Bekmann və Viktor Prodell imza atıb.
Qeyd edək ki, "Elfsborq" 15 oyundan sonra 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İsveç klubu ilk oyunda "İnter"ə də uduzub - 0:1.
Fanat.az