"Elfsborq" Bakıya gəlib. Fanat.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsində "İnter"in rəqibi olan komanda ölkəmizə 18 futbolçu gətirib.
İsveç klubu Bakıya baş məşqçisi Klas İnqesson olmadan gəlib. Səhhətində problem olan və əlil arabasında gəzən baş məşqçini köməkçisi Yan Mian əvəzləyəcək.
Qeyd edək ki, saat 20.30-da "Şəfa" stadionunda Yan Mian mətbuat konfransı keçirəcək. Saat 21.00-da isə "Elfsborq"un oyundan əvvəl son məşqi başlayacaq.
Fanat.az