"Dnepr"i Bakıya darmadağınla göndərirlər

"Dnepr"i Bakıya darmadağınla göndərirlər
Ukrayna çempionatında X turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Dnepr" "Dinamo"nu (Kiyev) qəbul edib.
Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın rəqibinin qapısına Jeremain Lens, Andrey Yarmolenko və Artem Kravets yol tapıb. 85-ci dəqiqədə qırmızı vərəqə alan Ruslan Rotan "Dnepr"i azlıqda qoyub.
Bu məğlubiyyətdən sonra "Dnepr" liderliyi əldən verib. "Qarabağ"ın rəqibi X turdan sonra 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider "Dinamo"dan bir xal geri qalır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər