Qadın voleybolçular arasında CEV Kubokunun növbəti mərhələləri üçün püşk atılıb. Fanat.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil-qərargahında baş tutan mərasimdə Azərbaycanı turnirdə təmsil edən “Azəryol” da rəqibini tanıyıb.
Çempionlar Liqasında 3-cü pilləni turaraq mübarizəni CEV Kubokunda davam etdirmək hüququ qazanan Bakı təmsilçisi “Çelenc raund”da İtaliyanın “Novara” klubu ilə qarşılaşacaq.
"Azəryol" mərhələ adlasa yarımfinalda “Dinamo” (Krasnodar, Rusiya) - “Ştiinta” (Rumıniya) cütünün qalibi ilə “Ştutqart” (Almaniya) arasında oyunun güclüsü ilə qarşılaşacaq.
Çelenc raund
9-11 və 23-25 fevral
1. Qalatasaray (Türkiyə) - İmpel (Polşa)
2. Şveriner” (Almaniya)//Ximik (Ukrayna) cütünün qalibi - Alba (Rumıniya)
3. Dinamo (Krasnodar, Rusiya)//Ştiinta (Rumıniya) cütünün qalibi - Ştutqart (Almaniya)
4. Azəryol (Azərbaycan) - Novara (İtaliya)
1/2 final
8-14 mart
5. 1-ci cütün qalibi - 2-ci cütün qalibi
6. 3-cü cütün qalibi - 4-cü cütün qalibi
Final
29 mart - 2 aprel
5-ci cütün qalibi - 6-cı cütün qalibi
Fanat.az